Türkiyə ordusunun hərbçilərinə toy qadağası

  • 14:40 - 24 Sentyabr

Türkiyə Müdafiə Nazirliyi ölkədaxili və xaricdə yerləşən hərbi birləşmələri koronovirus epidemiyasından qorumaq üçün həyata keçirdiyi tədbirlərə daha birini əlavə edib.

Avropa.info xəbər verir ki, alınan tədbirlər çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə nikah və toy kimi kütləvi mərasimlərdə iştirak etməmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, TSQ alınan tədbirlər çərçivəsində Kovid-19 infeksiyasının ən azı müşahidə edildiyi ordular sırasındadır. TSQ ən müsbət diaqnozlu xəstənin azlığı ilə ABŞ, Rusiya, Fransa, İtaliya və İngiltərə kimi orduları geridə qoyub.


Oxunma sayı: 4478

Oxşar yazılar