Azərbaycanda ilk olan layihənin icrasına başlanılıb – Artıq tikinti işləri gedir

  • 14:27 - 24 Sentyabr

Azərbaycanda yol kənarlarında pitstopların quraşdırılması ilə bağlı reallaşan yeni layihə üzrə artıq bir sıra işlər görülüb.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, pitstopların tikintisi 4 istiqamətdə nəzərdə tutulub:

"Bunlar Qazax, Balakən, Astara və Rusiya sərhədi istiqamətindədir. Hər istiqamət üzrə bir neçə pitstopun quraşdırılması nəzərdə tutulub ki, bunlardan 18-i Qazax, 16-sı Balakən, 8-i isə Astara və Rusiya sərhədinə çəkilən yol boyunca quraşdırılacaq. Hazırda Bakı-Astara yolunda 8 pitstopun tikintisi aparılır, bundan əlavə Qazax və Rusiya sərhədi istiqamətində torpaq işləri görülür".

A.Nəcəfli əlavə edib ki, yaxın vaxtlarda Balakən üzrə də tikinti işlərinə start veriləcək.

Qeyd edək ki, yol kənarlarında pitstopların quraşdırılmasında məqsəd uzun səyahətə çıxan şəxslərin bu pavilyonlarda dincələ, mənzil başına rahat şəkildə çata bilməsidir.

 

 

 


Oxunma sayı: 13234

Oxşar yazılar