Ukrayna Lukaşenkonun legtirimliyini tanımadı

  • 14:10 - 24 Sentyabr

Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımayan ölkələrin siyahısına Ukrayna da qatılıb.

Avropa.info xəbər verir ki, “Aleksandr Lukaşenkonun qondarma inaqurasiya mərasimi onu Belarus Respublikasının qanuni prezidenti etmir”. Bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter” səhifəsində yazıb.

"Ukrayna heç vaxt Belarusun daxili işlərinə qarışmayıb və həmişə Belarus xalqına dəstək olacaq. Belarusda seçki kampaniyasının gedişatını və sonrakı hadisələri nəzərə alaraq, A. Lukaşenkonun bugünkü "inaqurasiya mərasimi "onun Belarus dövlətinin qanuni rəhbəri kimi tanınması demək deyil" - mesajda deyilir.


Oxunma sayı: 4423

Oxşar yazılar