Rus muzdlu "Vaqner" başkəsənlərinə məxsus şirkətlər ABŞ-ın “qara siyahı”sında - Priqojin və dostlarına sanksiya qoyuldu

  • 12:49 - 24 Sentyabr

ABŞ hakimiyyəti Rusiya prezidenti Vladimir Putinə yaxın biznesmen və “Vaqner” muzdlu döyüşçü şirkətinin sahibi Yevgeni Priqojinə məxsus bəzi qurumlara sanksiya tətbiq etdiyini bəyan edib.

Avropa.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin verdiyi bəyanatda Yevgeni Priqojinin təhlükəsizlik şirkətinin Rusiya kəşfiyyat qurumları ilə birbaşa əlaqəli olduğu və Rusiyanın Mərkəzi Afrika Respublikasında təsirini artırmaq üçün çalışdığı bildirilir. 

Kremlin ərzaq tədarükünə nəzarət etdiyi üçün Rusiyada “Aşpaz” ləqəbi ilə tanınan Priqojinə yaxın adamların da adı sanksiya siyahısında düşüb.

Almaz və qiymətli filizlər sektorunda fəaliyyət göstərən Rusiyanın “MFinans”, CAR-da qeydə alınmış “Lobaye İnvestisiya”, Finlandiya qeydiyyatlı “Loqistika”, Sankt-Peterburqda qeydiyyatlı “Okeanos”, “Unicum Trade OY”, “ACEX OY”, “Optima”, “Freight OY” kimi investisiya şirkətləri sanksiyalar silahına salınıb.

Bəhs edilən şirkətlərin rəhbərləri də “qara siyahı”ya düşüb. 

ABŞ Yevgeni Priqojinin rus muzdlularını ixrac edən “Vaqner”in sahibi və maliyyələşdiricisi olması fikrindədir.


Oxunma sayı: 10066

Oxşar yazılar