Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı – 945 ölü

  • 12:54 - 24 Sentyabr

Ermənistanda son sutka ərzində daha 374 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.

Avropa.info bildirir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Qeyd olunub ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 48 251 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə həm də 3 nəfər ölüb, pandemiya qurbanlarının sayı 945-ə çatıb.

İndiyədək 43 266 xəstənin sağaldığı deyilir.

Hazırda Ermənistanda 3 748 aktiv koronavirus xəstəsi var.


Oxunma sayı: 3576

Oxşar yazılar