Daha bir QHT aztəminatlı ailələrə sosial yardım göstərdi – Fotolar
- 11:40 - 24 Sentyabr
“Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə Aztəminatlı ailələrə sosial yardımın göstərilməsi xidmətini həyata keçirib.
Bu barədə Avropa.info-ya Birliyin rəhbəri Aynur Məmmədova məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi Bakı şəhərin də və Ucar rayonunda yaşayan əlli beş aztəminatlı ailəyə köməklik göstərilməsi üçün nəzərdə tutulub. Çünki təşkilata sərtləşdirilmiş karantin dövründə, müraciət edən aztəminatlı ailələr siyahiyə alınmışdır.
Bakı şəhəri üzrə 41, Ucar rayonu üzrə 14 ailəyə ərzaq yardımı və gigenik vasitələri paylanıldı. Karantin dövründə Bakı şəhəri və ətraf rayonlarında yaşayan aztəminatlı ailələrə, Araz super marketlərlə müqavilə bağlanaraq, 72 manatlıq bonus kartları, Azərpoçt vasitəsilə zərfə qoyulub ünvanlara çatdırıldı. Ucar rayonunda böyük marketlər olmadığından, Təşkilat könüllüləri ilə birgə Ucar rayonuna gedərək ərzaqları alıb, qablaşdırıb ünvanlara çatdırdıq deyə vurğulayıb.