İran: “Suriya ilə bağlı addımlarımızı Türkiyə və Rusiya ilə koordinasiya edirik”

  • 11:25 - 24 Sentyabr

Suriya məsələsi xüsusi koordinasiya tələb edir və İran müvafiq addımları Türkiyə və Rusiya ilə birgə qəbul edir.

Avropa.info xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Moskvaya səfər edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Zərif İranın Rusiya ilə uğurlu əməkdaşlıq qurduğunu və tərəflərin bölgədəki qarşılıqlı əlaqələrin dərinləşdirilməsini hədəf seçdiklərini qeyd edib.

“Regionumumuzda ciddi problemlər var. Suriya münaqişəsinin nizamlanması xüsusi koordinasiya tələb edir. Astana prosesi çərçivəsində addımlarımızı Türkiyə və Rusiya ilə koordinasiya edirik” – o, deyib.

İran XİN başçısı Moskvadakı məsləhətləşmələr zamanı Əfqanıstan hökuməti və Taliban arasında sülh danışıqları mövzusuna da toxunub.


Oxunma sayı: 3928

Oxşar yazılar