İsraildə rekord sayda yoluxma – Karantin yenidən sərtləşdirildi

  • 10:40 - 24 Sentyabr

İsrail hökuməti koronovirus yoluxma hallarının artması ilə bağlı dünən karantin rejimini sərtləşdirib.

Avropa.info xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti yazır. İsrail Nazirlər Kabineti koronovirus üzrə hökumət komissiyasının təkliflərindən sonra karantinin sərtləşdirilməsini təsdiqləyib.

Sərt qadağalar bu gündən Sukkot bayramının sonunadək – 9 oktyabradək davam edəcək. 

Qeyd edək ki, İsraildə sutka ərzində rekord sayda - 7 min yoluxma halı aşkarlanıb. Virusa yoluxanların sayı isə 200 min nəfəri keçib.


Oxunma sayı: 1211

Oxşar yazılar