Erməni və rus mediasının "Suriyadan döyüşçü gətirilb" yalanı ifşa olundu - Həmzə briqadası cavab verdi

  • 01:22 - 24 Sentyabr

Ermənistanın Suriya və İraqdan Qarabağa PKK terrorçularını daşımasına dair faktların üzə çıxmasından sonra bəzi Rusiya və erməni KİV-lərində Azərbaycana Suriyadan 300 nəfər Türkiyə dəstəkli döyüşçünün gətirilməsi ilə bağlı dezinformasiyalar yayılıb. 

Avropa.info xəbər verir ki, rus və erməni mətbuatının yaydığı dezinformasiyada iddia olunur ki, guya Türkiyə dəstəkli Suriya Milli Ordusunun tərkibindəki "Həmzə" diviziyasının 300 silahlısı Azərbaycana gətirilib.

Bundan əlavə PKK terror təşkilatına yaxın saytlar da guya Suriyadakı türkmənlərdən təşkil olunmuş "Sultan Murad" briqadasının 50 üzvünün Azərbaycana gətirildiyini iddia ediblər. 

Suriya Milli Ordusunun tərkibində fəaliyyət göstərən "Həmzə" diviziyasının komandiri Seyf Əbu Bəkr isə rus, erməni, PKK mediasının yaydığı dezinformasiyanı sarsaq uydurma adlandırıb. 

Yaxın Şərq üzrə türkiyəli jurnalist Levent Kamal "Həmzə" briqadasının komandiri Seyf Əbu Bəkrlə söhbət etdiyini və onun döyüşçülərin Azərbaycana göndərilməsi barədə bütün iddiaları rədd etdiyini bildirib.

"Bu iddialar ağ yalandır. "Həmzə"dən kimsə Azərbaycana getməyib, göndərilməyib və belə xəbərlər sarsaq uydurmalardır" - Seyf Əbu Bəkr belə deyib.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə Suriya və İraqdan PKK terrorçularının gətirilməsi artıq faktlarla sübut olunub. Ermənistan tərəfi bu tipli dezinformasiyalarla Yaxın Şərqdən terrorçuların erməni ordusunun sıralarına cəlb edilməsi yönündə fəaliyyətlərindən diqqəti yayındırmaq məqsədi güdür.

Avropa.info


Oxunma sayı: 26566

Oxşar yazılar