Rusiyanın iki diplomatı casus çıxdı : Bolqarıstan ordusu haqda bilgilər ələ keçirilərək... - RƏSMİ AÇIQLAMA

  • 00:18 - 24 Sentyabr

Bolqarıstandan qovulan iki rus diplomatın casusluq fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. 

Avropa.info xəbər verir ki, bu haqda Bolqarıstan Baş prokuroru İvan Qesev məlumat verib. 

Baş prokurorun dediyinə görə, istintaq nəticəsində Rusiya diplomatlarının casusluq fəaliyyəti ilə məşğul olduqları təsbit edilib.  

"Məhkəmə öncəsi istintaqda Rusiya vətəndaşı olan 2 diplomatın Bolqarıstan ordusunun yenilənməsi ilə bağlı bilgiləri ələ keçirmək üçün casusluq fəaliyyəti həyata keçirdikləri təsbit edilib. Bu diplomatlar ələ keçirdikləri məlumatları Rusiya hərbi kəşfiyyatına göndərmək üçün casusluqla məşğul olublar" - İvan Qesev belə deyib. 
 

Qeyd edək ki, bir müddət öncə Bolqarıstan Rusiya vətəndaşı olan iki diplomatı ölkədən qovmuşdu. 


Oxunma sayı: 12431

Oxşar yazılar