Türkiyədə daha bir terrorçu həbs olundu

  • 21:46 - 23 Sentyabr

Türkiyədə PKK terror təşkilatının təxribatçısı və uzun zamandır narıncı kateqoriyada axtarılan “Baver-Çektar” adlı terrorçu həbs olunub.

Ərzincan Təhlükəsizlik Müdirliyi Kəşfiyyat Şöbəsi səlahiyyətliləri təxminən 10 ildir terror təşkilatı adından Ərzincan və Tunceli kənd yerlərində təxribat planlaşdıran və həyata keçirən terrorçu A.H.-nin İstanbul istiqamətində yola çıxdığını müəyyənləşdirib. Bundan sonra narıncı kateqoriyada axtarılan “Baver-Çektar” adlı terrorçunun tutulması üçün əməliyyat başladılıb.

Terrorçu polisin təqibi nəticəsində Amasya şəhərində saxlanılıb. Tutulduğu zaman əl bombası ilə intihar etmək istəyən terrorçu polis tərəfindən zərərsizləşdirilib. Onun üzərində əl bombasından əlavə olaraq, 2 saxta şəxsiyyət vəsiqəsi tapılıb və Ərzincanda çöl ərazidə basdırdığı uzun lüləli silahın yeri müəyyənləşdirilərək götürülüb.

Daha sonra Ərzincana gətirilən və Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsində dindirilən 33 yaşlı A.H. Ərzincan və Tuncelinin çöl ərazilərində təxribat planlaşdırdığını və təlim üçün İstanbula yola düşdüyünü etiraf edib.

Dövlət ittihamçısı tərəfindən dindirilən terrorçuya məhkəmədə hökm verilərək həbsxanaya göndərilib.


Oxunma sayı: 4621

Oxşar yazılar