Rusiya hərbi gəmisi Danimarka sahillərində yük gəmisi ilə toqquşdu

  • 17:43 - 23 Sentyabr

İsveç və Danimarka arasında yerləşən Oresund boğazında Rusiya hərbi gəmisi ilə mülki yük gəmisi toqquşub.

Avropa.info xəbər verir ki, qəza haqda məlumat yayan Danimarka donanması Rusiya freqatının Marşal adaları bayrağı altında üzən konteyner gəmisi ilə Kopenhagen ətrafında toqquşduğunu bildirib. 

Toqquşma nəticəsində heç kimi yaraalanmadığı və gəmilərdən sızıntı olmadığı bildirilir.

Qəzanın səbəbləri məlum olmasa da, dumanlı hava üzündən baş verdiyi ehtimal olunur. 


Oxunma sayı: 5754

Oxşar yazılar