Federasiya prezidenti istefa verdi – Yerinə psixoloq gətirildi

  • 16:50 - 23 Sentyabr

Daha bir federasiyada struktur dəyişikliyi baş verib. Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Nahid Ağazadə tutduğu vəzifədən istefa verib. Onun yerinə ixtisasca klinik psixoloq olan Günel Muradova  təyin olunub.

G.Muradova özü bu barədə unikal.org-a açıqlama verib:

"Artıq bir müddətdir ki, AKF-nin rəhbəriyəm.  10 ildir ki, kouçinq və psixoterapiya sahəsində çalışıram.  Kapoeyra federasiyasının idmançıları və  üzvləri ilə yaxından tanışam. Çünki onlarla birlikdə bir çox layihələr üzərində çalışmışıq. 

Nahid bəy də istefa verdikdən sonra qurumda iclas keçirildi və namizədlər irəli sürüldü. Bununla da prezident postuna mən və vitse-prezident postuna iş adamı Elmar Əhmədov seçildi".  

Sabiq federasiya rəhbəri N.Ağazadə bildirib ki, istefa etməsinə səbəb özünü kapoeyra sahəsində daha da inkişaf etdirməkdir: "Özümü, bildiyim sahəni inkişaf etdirmək üçün Avropaya gəldim. Mənə buradan iş təklifi gəldi və şərtlər də qane etdiyi üçün hazırda Estoniyadayam".


Oxunma sayı: 4302

Oxşar yazılar