Pandemiya Rusiya əhalisini daha da yoxsullaşdırıb – Putin

  • 16:45 - 23 Sentyabr

Koronovirus pandemiyası ölkədəki yoxsulluq problemini daha da artırıb.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin senatorlarla görüşündə deyib. Onun sözlərinə görə, yoxsulluğun azaldılması dövlət rəsmiləri üçün prioritet vəzifədir.

Putin yoxsulluq probleminin milyonlarla Rusiya vətəndaşını əhatə etdiyini qeyd edib. Koronovirus pandemiyasının iqtisadiyyata mənfi təsiri üzündən problemlər daha da artıb.

Putin hökumətin yoxsul ailələrə birbaşa maddi dəstək verəcəyini və "effektiv dəstək" sistemi yaradacağını vəd edib.. Onun sözlərinə görə, sosial müqavilə Rusiyada yoxsulluqla mübarizənin əsas mexanizmlərdən biri olmalıdır. Gələn ildən başlayaraq bunun ölkə daxilində tətbiq olunacağını bildirib. Önümüzdəki üç ildə bu proqramın həyata keçirilməsi üçün bölgələrə federal büdcədən 26 milyard rubldan çox vəsaitin ayrılması planlaşdırılır. Proqramın məqsədi insanlara ixtisaslarını artırmağa, yeni iş tapmağa və ya öz işlərini qurmağa kömək etməkdir.

Putin 2021-ci ildən başlayaraq büdcədə aylıq gəliri adambaşına yaşayış minimumuna çatmayan uşaqlı ailələr üçün ödənişlərin miqdarının artırılmasını istəyib. Putin belə maddi dəstək üçün "aydın, anlaşılan, ədalətli meyarlara" ehtiyacın olduğunu deyib.


Oxunma sayı: 9076

Oxşar yazılar