Türkiyə və Yunanıstan problemləri həll etmək üçün ilkin danışıqlara başlayır

  • 15:45 - 23 Sentyabr

Son vaxtlar tez-tez şərqi Aralıq dənizindəki qarşıdurmalarla gündəmə gələn Türkiyə və Yunanıstan Egey və Aralıq dənizinin problemlərini həll etmək üçün ilkin danışıqlara hazır olduqlarını bildiriblər.

Avropa.info xəbər verir ki,  Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya başnaziri Angela Merkel və Avropa Birliyi (AB) Şurası sədri Şarl Mişelin iştirak etdiyi üçtərəfli videokonfransdan sonra Türkiyə və Yunanıstanın ilkin danışıqlara başlamağa hazır olduqlarını bildirib.

Prezident Ərdoğan danışıqlarda Aralıq dənizinin şərqində gərginliyin azaldılması və dialoq kanallarının təşkilinin lazım olduğunu söyləyərək, Türkiyənin hər zaman dialoq və danışıqlar tərəfdarı olduğunu, təxribatların olmasına baxmayaraq təmkinli və nəzakətli mövqe tutduğunu bildirib.

Almaniyanın vasitəçilik səylərinə görə təşəkkürünü ifadə edən prezident Ərdoğan, ilkin danışıqları və digər dialoq kanallarını fəaliyyətə keçirmək nöqtəsində əldə edilən razılaşmanın necə davam edəcəyi baxımından Yunanıstanın atacağı addımların əhəmiyyətli olacağını bildirib. 

Yunanıstan Xarici İşlər Nazirliyi "Yunanıstan və Türkiyə, tezliklə İstanbulda bir razılaşma əldə etmək üçün ilkin danışıqların 61-ci turunu keçirdilər" mesajını paylaşıb.


Oxunma sayı: 13036

Oxşar yazılar