Lukaşenkonun inaqurasiya mərasimi keçirildi – Prezidenti vəzifələrinin icrasına başladı

  • 13:19 - 23 Sentyabr

Aleksandr Lukaşenko Belarus prezidenti vəzifələrinin icrasına başlayıb.

Avropa.info bildirir ki, Minskdə Müstəqillik sarayında dövlət rəsmilərinin iştirakı ilə andiçmə mərasimi keçirilib.

Mərasimdə, həmçinin ictimai, mədəniyyət, idman xadimləri iştirak ediblər.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. A.Lukaşanko 80,1 faiz səs yığaraq 6-cı dəfə ölkə prezidenti seçilib.


Oxunma sayı: 5512

Oxşar yazılar