Son dəqiqə: Rus "Vaqner" muzdlularını daşıyan vertolyot Liviyada qəzaya uğradı

  • 12:59 - 23 Sentyabr

Liviyanın Sukne bölgəsində Rusiya özəl təhlükəsizlik şirkəti “Vaqner”ə məxsus muzdlu hərbçiləri daşıyan vertolyot qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, Sirte və Cufra Birgə Əməliyyat Dairəsinin sözçüsü general Əbdülhadi Dırah yerli vaxtla 08:00 radələrində Cufra aviabazası yaxınlığında düşən vertolyotun “Vaqner” muzdlularını daşıdığını bildirib.

Yerə çırpılan vertolyotun sursatı da partalyıb. Dırah hadisə ilə bağlı əlavə məlumat verməyib.


Oxunma sayı: 41427

Oxşar yazılar