Aleksey Navalnı xəstəxanadan evə buraxıldı

  • 11:50 - 23 Sentyabr

Aleksey Navalnı Berlin "Charite" klinikasından evə buraxılıb.

Avropa.info xəbər verir ki, bu barədə xəstəxananın saytındakı mesajda deyilir:

““Charite” xəstəxanasında müalicə alan Aleksey Navalnı 22 avqustda xəstəxanadan çıxdı. Xəstənin səhhəti o dərəcədə yaxşılaşdı ki, təcili müalicə dayandırıla bilər ”.

Qeyd edək ki, alman hökuməti avropalı hərbi toksikoloqların işinin nəticələrinə istinad edərək, Navalnının analizlərində “Noviçok” qrupundan zəhər izlərinin tapıldığını elan etmişdi. Avropadakı laboratoriyalarda aparılan sınaqlar zamanı Navalnının qanında, dərisində və sidiyində, həmçinin içdiyi su şüşəsində zəhər izləri tapıldı. Rus həkimlər isə araşdırma apardıqlarını və zəhər tapmadıqlarını iddia edirdilər.

Xatırladaq ki, avqustun 20-də Tomsk-Moskva reysi zamanı Navalnı özünü pis hiss etdi. Təyyarə təcili olaraq Omsk şəhərinə endi, burada Omsk xəstəxanasının həkimləri iki gün yardım etdilər. Bundan sonra Navalnı Berlinin "Charite" klinikasına çatdırıldı. İki həftə yarım sonra, 10 sentyabrda Navalnı tamamilə sağaldı və 14 sentyabrda süni nəfər aparatından ayrıldı.


Oxunma sayı: 7404

Oxşar yazılar