Rus alimləri daha bir inqilabi dərman kəşf etdilər

  • 11:23 - 23 Sentyabr

Rus alimləri bakteriya və göbələklərin səbəb olduğu xəstəliklərin əksəriyyətinə qarşı mübarizədə kömək edəcək inqilabi təbii antibiotik kəşf ediblər. 

Avropa.info xəbər verir ki, bu barədə RİA Novosti Tümen Dövlət Universiteti və digər qurumların tədqiqatçılarının birgə işinə istinadən məlumat verib.

Mütəxəssislərin açıqlamasına görə, bu gün dünya farmakologiyasının ən vacib vəzifələrindən biri antibiotikə davamlı mikroorqanizmlərlə mübarizə aparmağa qadir olan dərmanların axtarışıdır. Rus alimləri kəşf etdikləri maddənin bu cür mikroorqanizmlərə təsir edə biləcəyini bildirirlər. Tədqiqatçılar kəşf etdikləri antibiotikin universal bir təbiətə sahib olduğunu və bakteriya və göbələk infeksiyalarının öhdəsindən gəlməyə kömək etdiyini də qeyd edirlər.


Oxunma sayı: 5171

Oxşar yazılar