Kəbə yenidən ümrə ziyarətlərinə açılır 

  • 11:12 - 23 Sentyabr

Səudiyyə Ərəbistanı koronovirus pandemiyasına qarşı aldığı tədbirlər çərçivəsində 6 ay əvvəl dayandırdığı ümrə ziyarətlərini 4 oktyabrdan etibarən mərhələli şəkildə başladacaq.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanın DİN-dən məlumat verən mənbə Məscidül-Həram həcminin 30%-ə qədərinin (gündə 6 min nəfər) açılacağını, 18 oktyabrdan etibarən Məscidül-Həram ilə Məscidül-Nəbəvidəki Rövzəyi-Mütəhharənin 75%-nin ölkədaxili ziyarətçiləri qəbul edəcəyini açıqlayıb.

Noyabr ayında etibarən ölkə xaricindən ümrə və ibadət üçün gələnlərin qəbul edilməyə başlanılacağı qeyd olunur. Bu mərhələdə Məscidül-Həram ilə Məscidül-Nəbəvidəki alınan təbirlər nəticəsində ziyarət yerləri bütün imkanları ilə xidmət göstərəcək.

Səudiyyə Ərəbistanı Kovid-19 riski olmayan ölkələrdən mərhələli şəkildə ziyarətçi qəbul edəcək.


Oxunma sayı: 4533

Oxşar yazılar