Amerikalı jurnalistin İstanbulda şübhəli ölümü

  • 16:08 - 22 Sentyabr

İsstanbul rus əsilli amerikalı jurnalist Andre Vlçek ölü tapılıb.

Avropa.info xəbər verir ki, polis bu gün səhər radələrində öz avtomobilində ölüsü aşkarlanan 57 yaşlı jurnalistin ölüm şəraitini şübhəli sayır. Kirayə götürdüyü avtomobildə arvadı və özəl şoferi ilə Samsundan İstanbula gələn Vlçek Karaköy rayonunda otel qarşısında avtomobilini saxlayıb. Arvadı onu oyatmağa gələndə həyat əlamətləri aşkarlamayıb. Hadisə yerinə gələn həkimlər ölüm faktını təsdiqləyiblər. Jurnalistin ölümü ilə bağlı istintaq başlayıb.

Leninqradda doğulan Vlçek uzun müddət qaynar nöqtələrdə - Bosniya, Şərqi Timor, Şri-Lanka, Konqo və s. ölkələrdə işlədikdən sonra ABŞ vətəndaşlığı alıb. O, araşdırmaçı jurnalist rejissor, fotoqraf, dramaturq və amerikalı linqvist və filosof Noam Xomskinin yazdığı “Qərb terrorçuluğu” adlı kitabın həmmüəllifi kimi tanınıb.


Oxunma sayı: 7591

Oxşar yazılar