Gürcüstandakı Azərbaycan məktəblərinə dərslik göndərildi

  • 14:36 - 22 Sentyabr

Yeni tədris ilinin başlanması ilə əlaqədar Təhsil Nazirliyi Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 23 adda 21 613 ədəd dərslik və metodik vəsait göndərib.

Nazirlikdən Avropa.info-ya verilən məlumata görə, bu dərs vəsaitləri sentyabrın 22-də Təhsil Nazirliyinin və ölkəmizin Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Son 5 ildə Təhsil Nazirliyi Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 94 762 ədəd dərslik və metodik vəsait göndərib.


Oxunma sayı: 3873

Oxşar yazılar