Ermənistan müxalifəti Paşinyanı devirmək üçün birləşdi – Ümumxalq mitinqi keçiriləcək

  • 12:30 - 22 Sentyabr

Ermənistanın Çiçəklənən Ermənsitan, Daşnaksutyun və Vətən partiyaları 8 oktyabrda ümumxalq mitinqi keçirəcəklər.

Avropa.info xəbər verir ki, bu barədə partiyaların birgə bəyanatında deyilir. Bəyanatda 2018-ci ilin yazında başlayan ümumxalq hərəkatının ölkənin inkişafı üçün yeni imkanlar yaratdığı, lakin keçən iki ildə ictimaiyyətin ümidlərinin doğrulmadığı qeyd olunur.

“Hakimiyyət bütün məsələlərdə uğursuzluğa düçar oldu. Bütün ölkənin inkişaf perspektivi təhlükə altında qaldı. Hakim siyasi qüvvə milli dövlət qarşısında dayanan çağırışların öhdəsindən gəlmək bacarısızlığını göstərdi” – bəyanatda deyilir.

Hər üç partiya ölkədə yeni hakimiyyətin üçün şəraitin formalaşması vacibliyini qeyd ediblər. Mitinq 8 oktyabrda “Azadlıq” meydanında keçiriləcək.

Qeyd edək ki, 19 sentyabrda Ermənistan müxalifəti Paşinyana qarşı mitinq keçirmişdi.


Oxunma sayı: 9703

Oxşar yazılar