“Bu axmağa qulaq assaydım, indi Beşinci Dünya müharibəsində idik” – Tramp

  • 11:53 - 22 Sentyabr

ABŞ prezidenti Donald Tramp 3 noyabr prezident seçkisindən öncə Ohayo ştatının Dayton şəhərində seçicilərinə müraciət edib.

Avropa.info xəbər verir ki, Tramp sabiq milli təhlükəsizlik müşaviri Con Boltona sərt tənqidlər anvanlayaraq, “Mən bu axmağa qulaq assaydım, indi Beşinci Dünya müharibəsində idik” deyib.

Rəqibi Co Bayden üçün isə “Bayden dəyişilməz qlobalistdir. Bilirsiniz ki, qlobalistlər oyundan kənar qaldı. Onlar bu ölkəni məhv etmişdi” deyib.

Tramp ilin sonuna kimi ABŞ-ın koronovirusa qarşı vaksininin olacağını deyib. Pandemiyanın isə gələn il başa çatacağını deyib.


Oxunma sayı: 4357

Oxşar yazılar