Bakı metrosunda növbəti nasazlıq – İnterval artdı

  • 11:50 - 22 Sentyabr

“Nəriman Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlıq səbəbindən hazırda qatarların gecikməsi müşahidə edilir.

Bu barədə Avropa.info-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, bəzi qatarlar arasındakı interval 2 dəqiqəyədək artıb.

Xatırladaq ki, normal qrafikdə qatarlarası interval 2 dəqiqədir. Nasazlıq zamanı 2 dəqiqəyədək gecikmə bu intervalı 4 dəqiqəyə çatdırıb.


Oxunma sayı: 3829

Oxşar yazılar