Azərbaycanda koronavirusa kütləvi yoluxmaya görə bağlanan bazar açıldı

  • 11:43 - 22 Sentyabr

Koronavirusa kütləvi yoluxma qeydə alınan "Şəki Bazar” ASC yenidən fəaliyyətə başlayıb.

Avropa.info bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bazar bu gün səhərdən etibarən açılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar” ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.


Oxunma sayı: 2531

Oxşar yazılar