XİN-in həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi

  • 11:29 - 22 Sentyabr

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət verib.

Avropa.info bildirir ki, vəsatət Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib.

Vəsatətə bu gün baxılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan F. Bağırov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Oxunma sayı: 4423

Oxşar yazılar