BƏƏ-dən ABŞ-a diqqət çəkən İncirlik bazası təklifi - Türkiyəyə qarşı düşmən münasibətdə son nöqtə

  • 11:26 - 22 Sentyabr

Aralıq dənizinin şərqi, Suriya, PKK və Liviya məsələləri başda olmaqla hər sahədə Türkiyəyə qarşı düşmən münasibət bəsləyən Birləşmiş Ərəb Əmirlikləri daha bir addım atıb.

Avropa.info xəbər verir ki, “The New Khaleej” xəbər saytının yazdığına görə, vəliəhd şahzadə Məhəmməd Bin Zayed İsraillə imzalanan normallaşma müqaviləsi, Liviya və Aralıq dənizinin şərqində baş verən proseslərdən sonra İncirlikdəki ABŞ kontingentini ölkəsinə köçürməyi təklif edib. Məqalədə qeyd olunur ki, Bin Zayedin məqsədinin ABŞ ilə olan münasibətləri daha da gücləndirməkdir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Washington Examiner” nəşrinə müsahibə verən Viskonsin ştatı senatoru Ron Conson Ərdoğanın "narahatedici" siyasəti üzündən ABŞ-ın İncirlikdəki hərbçilərini yunan adasına aparmağı düşündüyünü demişdi.

NATO üçün həyati əhəmiyyət daşıyan İncirlik bazasına ABŞ-a məxsus onlarla ədəd nüvə başlığı var. 


Oxunma sayı: 6755

Oxşar yazılar