Vilayət Eyvazovdan yeni təyinat
- 11:10 - 22 Sentyabr
Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Avropa.info “unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər Çevik Polis alayında komandir vəzifəsində çalışıb.