Moskvada daha 15 nəfər koronavirusdan ölüb

  • 01:13 - 22 Sentyabr

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 15 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5084-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 277,4 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 237,9 mindən çox xəstə isə sağalıb.


Oxunma sayı: 1541

Oxşar yazılar