Türkiyədə 14 nəfər İŞİD terrorçusu saxlanıldı

  • 22:03 - 21 Sentyabr

Türkiyənin Samsun vilayətində İŞİD terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.

Əməliyyat zamanı terror təşkilatı ilə sıx əlaqəsi olmaqda şübhəli bilinən 14 nəfər saxlanılıb. Onların İraq vətəndaşları olduqları müəyyən edilib.

Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda axtarış aparılan zaman təşkilata aid çoxlu sayda rəqəmsal material aşkarlanıb.

Ölkə ərazisində terrorçuların saxlanılması istiqamətdə əməliyyatlar davam etdirilir.


Oxunma sayı: 4742

Oxşar yazılar