Deputat: “Ermənistan iyul məğlubiyyətini qələbə kimi qələmə verməyə çalışır”

  • 16:06 - 21 Sentyabr

“Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsi ölkədə və regionda baş verən proseslərin inkişaf perspektivlərinin təhlili, dövlətimizin strateji hədəflərinin dəqiq sərhədlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir”.

Avropa.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

Deputat Ermənistanın  Livandan və Suriyadan köçürmə siyasətinə də toxunub:

“Bununla yanaşı, Ermənistan Livandan və Suriyadan köçürülən erməniləri işğal altında olan Azərbaycan ərazilərində məskunlaşdırır ki, bu da ciddi demoqrafik problemlərlə qarşı-qarşıya qalan işğalçı ölkənin niyyətini açıq şəkildə ortaya qoyur. Məlum olduğu kimi, istər Suriya,istərsə də Livan erməni terror təşkilatlarının məskən saldığı ölkələrdir. Biz bunu zaman-zaman müşahidə etmişik. Çox güman ki, Azərbaycan ərazilərinə də məhz həmin terror təşkilatlarının təmsilçiləri köçürülürlər. Bu köçürülmə məqsədli şəkildə həyata keçirilir. Çünki iyul hadisələrində  rəsmən məğlub olan  Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? Sitat: Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Bu səbəbdən də Ermənistan köçürmə siyasətini həyata keçirtməklə növbəti dəfə təxribat əməllərini gerçəkləşdirməyə çalışır”.

Məşhur Məmmədovun sözlərinə görə, cənab Prezidentin də dediyi kimi, əgər ermənilər öz çirkin əməllərindən əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq:

“Dövlətimizin başçısının dilə gətirdiyi hər bir kəlmə Azərbaycan vətəndaşlarının mövqeyini ifadə edir, həmvətənlərimizin ürəyindən xəbər verir. Bu baxımdan, əminəm ki, Prezident İlham Əliyevin dediyi kimi “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”


Oxunma sayı: 2905

Oxşar yazılar