“Danışıqlar yenidən başlaya bilər” – Yunanıstandan Türkiyə açıqlaması

  • 15:51 - 21 Sentyabr

Yunanıstan hökumətinin mətbuat katibi Stelios Petsas Şərqi Aralıq dənizinin statusu ilə bağlı Türkiyə ilə aparılan danışıqları davam etdirməyə yaxın olduqlarını deyib.

Avropa.info xəbər verir ki, keçən ay Türkiyənin “Oruc Rəis” gəmisini regiona göndərməsindən sonra iki ölkə arasında gərginlik artmışdı. Gəminin təmir üçün limana qayıtması yunanlar tərəfindən müsbət addım kimi qiymətləndirilmişdi.

“Danışıqları davam etdirməyə yaxınıq, ancaq nə qədər yaxın olduğunuzu iki ölkənin də mövqeyinə bağlıdır. Hazırda vəziyyət yaxşı görünür” - Stelios Petsas deyib.

Qeyd edək ki, arasındakı danışıqlar 2016-cı ildə nəticə əldə olunmadan başa çatmışdı. Yunan mətbuatında gedən xəbərlərə görə, danışıqlar bu həftə ərzində başlaya bilər.


Oxunma sayı: 6667

Oxşar yazılar