QHT sosial-hüquqi maarifləndirmə kampaniyasını davam etdirir

  • 15:04 - 21 Sentyabr

Media və Mülki Cəmiyyət İctimai Birliyinin  “Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində maarifçilik tədbirləri” mövzusunda layihəsi davam edir. 

Bu barədə Avropa.info-ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə barədə layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov məlumat verib.                  

X.Əhmədovun sözlərinə görə artıq layihə çərçivəsində nəzərdə tutulmuş işlər yekunlaşmaq üzrədir: “İcra planına uyğun olaraq sosial maarifləndirmə xidməti üzrə Bakı şəhərində fəaliyyət göstərən “Qaynar xətt”-ə 50-yə yaxın müraciət daxil olmuşdur. Müraciət edən vətəndaşların əksəriyyətinə praktik sosial-hüquqi yardım, məsləhətlər və texniki xidmətlər göstərlilmişdir”.

Layihə rəhbəri onu da əlavə edib ki, layihənin birinci ongünlüyündə start verilmiş “Hüquqlarımızı bilək” adlı sosial-hüquqi maarifləndirmə kampaniyası hələ də davam edir. Yardımlı, Salyan və Qobustan rayonlarında fəaliyyət göstərən idarə və təşkilatlarda vətəndaşların ərizə və şikayətlərinə baxılmasının mövcud vəziyyəti ilə bağlı aparılan monitorinq isə başa çatmışdır. “Monitorinqin nəticələri ilə bağlı əlavə məlumat veriləcək”-deyə X.Əhmədov bildirib.


Oxunma sayı: 2608

Oxşar yazılar