İmişlidə məktəbin gözətçisi müəllimi şantaj edir: "Bir qadın göndərəcəm üstünü-başını cıracaq..." – Sensasion səs yazısı

  • 14:56 - 21 Sentyabr

İmişli rayon Rəsullu kənd tam orta məktəbin gözətçisi həmin məktəbin çağırışaqədər hazırlıq üzrə rəhbəri Natiq Məmmədova "sabah bir qadın göndərəcəm üstünü-başını cıracaq və sənin üstünə atacaq" deyə şərləyəcəyini deyir.

Bu barədə Avropa.info-ya Natiq Məmmədovun özü məlumat verib.

"Sənə demədim, öz xoşunla işindən ayrıl?! Səndən əvvəl mənim atam sənin yerində işləyirdi və mən də onun yerində işləməliyəm. Sən gəl öz xoşunla işindən ayrıl, yoxsa başqa yollara əl atmayaq. Başqa yol odur ki, sabah bir qadın göndərəcəm, üstünü-başını cıracaq və sənin üstünə atacaq. 

Məsələ ilə bağlı məktəbin direktoru ilə əlaqə saxladıq. "Mən işlədiyim yerdə elə şey ola bilməz. Bəlkə zarafatlaşıblar? Olsa da onu deyən çox səhv edir, qələt edir və başın daşa döyür", - deyə bildirdi. 

Qeyd edək ki, gözətçi məktəb direktorunun əmisi oğludur.


Oxunma sayı: 12211

Oxşar yazılar