“Xaricdən gələn şarlatanları məmnun etməyəcəm” – Lukaşenko özəlləşdirməyə qarşı çıxdı

  • 14:24 - 21 Sentyabr

Belarus prezidenti Aleksander Lukaşenko respublikada kütləvi özəlləşdirmənin aparılmayacağını deyib.

Avropa.info xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Agentliyin məlumatına görə, Lukaşenko Belarusda “xaricdən gələn şarlatanları” məmnun etmək üçün hər şeyi və hər kəsi özəlləşdirməyəcəklərini deyib.

“Niyə müəssisələrə bu qədər həssasam? Ona görə yox ki, özəl mülkiyyətin mövcud olmasını və ola biləcəyini anlamıram. Heç bir ölkədə ədalətli özəlləşdirmə olmayıb. Ölkəmizi və 10 milyon əhalimizi bu bataqlığa qərq etmək və sonra səhv yerə girdiklərini başa düşüb inildəmək istəyiriksə, bu mənsiz baş verəcək, əminəm” – Lukaşenko deyib.


Oxunma sayı: 3488

Oxşar yazılar