Azərbaycanda ehtiyatda olan hərbçilər təlim toplanışlarına çağırılır - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

  • 13:42 - 21 Sentyabr

Azərbaycanda bu gündən ölkə üzrə səfərbərlik elan edilib.

Avropa.info xəbər verir ki, bu haqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.


""Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir" - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatında belə deyilir.

Qeyd edək ki, sentyabrın 20-dən axşam saatlarından etibarən cəbhə bölgəsində gərginlik başlayıb.

Dünən saat 23 radələrində ermənilərin hərbi Pilotsuz Uçuş Aparatı (PUA Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.

Bu gün səhər saatlarında Tovuzun Əlibəyli istiqamətində Azərbaycan ordusunun kiçik çavuşu Məmmədov Elşən Əli oğlu şəhid olub.

 


Oxunma sayı: 13487

Oxşar yazılar