Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik - Əfqanıstan XİN

  • 13:32 - 21 Sentyabr

Əfqanıstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Eyni zamanda Əfqanıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Avropa.info xəbər verir ki. bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin Lapis-Lazuli nəqliyyat dəhlizi işə salınandan sonra iki ölkə arasında daha geniş əməkdaşlıq imkanlarının açılacağı da qeyd olunub: “Nəqliyyat, tranzit, rabitə məsələlərilə bağlı Əfqanıstan, Azərbaycan və Türkmənistanın müvafiq işçi qrupları arasında ilk görüş 2020-ci il iyulun 27-də keçirilib. Əsas məqsəd kommersiya yüklərinin daşımalarında qarşılıqlı dəstəkdir”.

Bununla yanaşı, cari ilin iyun ayında Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün Əfqanıstan tərəfinə humanitar yardım şəklində 22,76 ton dava-dərman verdiyi də xatırlanıb.


Oxunma sayı: 2520

Oxşar yazılar