"Qarabağ" italiyalı hücumçu ilə danışıqlar aparır

  • 13:23 - 21 Sentyabr

"Qarabağ" klubu İtaliyanın "Kyevo" klubunun futbolçusu Manuel Puççarelli ilə maraqlanır.

"Report" "Lanazione.it" saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.

İddiaya görə, italiyalı futbolçunun özü də Azərbaycan çempionunun formasını geyinməkdə maraqlıdır.

"Qarabağ"ın baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib: "Mən real məsələlərdən danışıram. Həmin futbolçu nə bizim düşərgəmizdədir, nə də başqa bir şey var. Ona görə bu barədə nə isə deyə bilmərəm. Transfer olanda ictimaiyyətə açıqlama veririk".


Oxunma sayı: 8625

Oxşar yazılar