Ərdoğan Nazirlər Kabinetini toplayır – Gündəmdə yeni koronovirus qadağaları var

  • 10:43 - 21 Sentyabr

Bu gün Türkiyə prezidenti Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Avropa.info xəbər verir ki, Prezident Sarayında keçiriləcək iclasda sayı gündəlik 1500 yoluxmaya çatan koronovirus epidemiyası müzakirə olunacaq. İclasda yeni tədbirlər müzakirə olunacaq, özəl məktəblərin müəyyən sinifləri məktəbə gətirmək tələbinə baxılacaq. Toy, yas və əsgər yolasalma kimi tədbirlərdə maska, sosial məsafə və təmizlik qaydalarına nəzarətin gücləndirilməsi kimi məsələlər gündəmdə olacaq.

Bundan əlavə, Türkiyənin qara dənizdə təbii qaz yatağı kəşfi və bunun proseslərə əksi, Aralıq dənizinin şərqində son vəziyyət, Almaniyanın vasitəçilik cəhdi, Liviya və Suriyadakı proseslər müzakirə olunacaq.


Oxunma sayı: 11474

Oxşar yazılar