Bakıda qəza: Yaralılar var

  • 10:09 - 21 Sentyabr

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaradağ rayonunda qeydə alınıb. Müşfiqabad qəsəbəsində "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sərnişinlər - 2006-cı il təvəllüdlü Məmmədli Rəsul Mahmud oğlu və 1991-ci il təvəllüdlü Həsənli Şəbnəm Əhməd qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. /Report


Oxunma sayı: 2575

Oxşar yazılar