Müdafiə Nazirliyi Ermənistan hərbi PUA-sının vurulmasını təsdiqlədi - VURULMA ANI (VİDEO, YENİLƏNİB)

  • 00:57 - 21 Sentyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistana məxsus PUA-nın vurulmasını təsdiqləyib. 

Avropa.info xəbər verir ki, bu barədə nazirliyin facebook səhifəsində məlumat yer alıb.

Məlumatda bildirilir:

"Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır".

***

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Avropa.info xəbər verir ki, bu barədə musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi  eşidilib.

Sayt yayılan xəbərlə bağlı araşdırma aparıb.

Əldə edilən qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.

Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.


Oxunma sayı: 16006

Oxşar yazılar