Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı

  • 23:56 - 20 Sentyabr

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 20-nə olan statistik göstəriciləri açıqlayıb.

Avropa.info xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 886 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 054 792 test aparılıb. Aktiv xəstə sayı 1 858 nəfərdir, onlardan 110 nəfər reanimasiyadadır, 10 nəfər isə süni tənəffüs aparatına qoşulub.


Oxunma sayı: 4412

Oxşar yazılar