Türkiyədə son sutkada koronavirusdan 61 nəfər ölüb

  • 22:05 - 20 Sentyabr

Türkiyədə son sutka ərzində koronavirusdan 61 nəfər ölüb.

Bu barədə Türkiyənin covid19.saglik.gov.tr saytında yazılıb. 

Qeyd olunub ki, son 24 saatda 95 321 şübhəli koronavirus testindən keçib, onlardan 1519-nun cavabı pozitiv çıxıb, 1116 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1456 nəfərdir.

 

Türkiyədə ümumilikdə 302 867 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 267 233 nəfər sağalıb, 7506 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində ağır xəstə sayının azalmasından əhalidə əminlik yaranmaması xəbərdarlığını edib. Nazir indiyədək 9 269 015 test aparıldığını qeyd edib.


Oxunma sayı: 4302

Oxşar yazılar