ABŞ Ticarət Nazirliyinin “WeChat” əlavəsi ilə bağlı qərarı qüvvəyə minməyib

  • 20:55 - 20 Sentyabr

Kaliforniya ştatında məhkəmə ABŞ Ticarət Nazirliyinin “Google”, “Apple” və digər ABŞ şirkətlərinin əlavələrinin bazarlarından Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin çıxarılması barədə qərarının qüvvəyə minməsini dayandırıb.

Hakim Lorel Biler “WeChat” istifadəçilərinin iddiasını baxış üçün qəbul edib.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin qərarına əsasən, sentyabrın 20-dən Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin yüklənməsi qadağan idi.(apa)


Oxunma sayı: 7998

Oxşar yazılar