İtaliyada regional və bələdiyyə seçkiləri keçirilir

  • 18:55 - 20 Sentyabr

İtaliyanın iyirmi regionundan yeddisində regional seçkilər keçirilir.
Yeddi ay öncə başlayan koronavirus pandemiyasından bəri bu seçkilər Baş Nazir Cüzeppe Kontinin rəhbərlik etdiyi hökumət üçün ilk sınaqdır. Keçmiş Daxili İşlər naziri və “Leqa” partiyasının sədri Matteo Salvini seçiciləri hökumətə qarşı səfərbər etməyə çalışır.
Regional və qismən bələdiyyə seçkiləri ilə yanaşı, həmçinin parlament nümayəndələrinin sayının azaldılmasına dair referendum (945-dən 600-ə) da keçirilir. 51 milyon italyan bu gün və bazar ertəsi keçiriləcək seçkilərdə səsvermə hüququna malikdir, onlardan 18 milyon nəfər isə yeddi regiondakı seçkilərdə öz yerli parlamentlərini müəyyən etməlidirlər. Veneto, Liquriya, Toskana, Marke, Kampaniya və Apuliya regionlarında 35 namizəd region prezidenti vəzifəsi uğrunda mübarizə aparırlar. Valle d'Aosta muxtar regionunda isə yalnız regionun prezidenti deyil, regional parlamentə seçkilər keçiriləcəkdir. Eyni zamanda, ölkənin 1179 bələdiyyəsində keçirilən bələdiyyə seçkilərinin ikinci turu isə oktyabrın 4-də olacaqdır.
Regional seçkilərdə Salvinin “Leqa” partiyasının rəhbərlik etdiyi mərkəz-sağçı partiyalar blokunun qələbəsi gözlənilir. Seçkilərdən bir həftə öncə Salvini ölkənin şimalından cənubunadək geniş miqyaslı seçki kampaniyasına çıxaraq, öz tərəfdarlarını səfərbər etməyə çalışıb. Salvininin rəhbərlik etdiyi alyansa postfaşist partiyalarla yanaşı, keçmiş Baş Nazir Silvio Berluskoninin “Forza İtalia” partiyası da daxildir. Mərkəz-sağçı blokdan fərqli olaraq hazirda ölkədə hakimiyyətdə olan sosial-demokratlar (“PD – Partito Demokratiko”) və “Beş ulduz hərəkatı” (“Movimente 5 Stelle”) seçki prosesində ayrı-ayrılıqda iştirak edirlər. Bu isə onların şanslarına əhəmiyyətli dərəcədə zərbə vura bilər.
Yaxın günlərdə seçkilərin nəticələri açıqlanacaq.


Oxunma sayı: 10704

Oxşar yazılar