Azərbaycanda bir gündə 146 nəfər COVID-19-a yoluxdu, 154 nəfər sağaldı - 1 nəfər ölüb

  • 15:45 - 20 Sentyabr

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avropa.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb,  575 nəfər vəfat edib, aktiv xəstə sayı 1858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.


Oxunma sayı: 6777

Oxşar yazılar