Baş Nazirin müavini koronavirusdan öldü - Foto

  • 16:20 - 20 Sentyabr

Özbəkistan Baş Nazirinin müavini, hökumətdə kənd təsərrüfatı və ərzaq sahəsinə cavabdehlik daşıyan Uktam Barnoyev vəfat edib.

Özbəkistan Nazirlər Kabinetinin Operativ Qərargahı  56 yaşlı U. Barnoyevin yeni növ koronavirusa (COVİD-19) yoluxma nəticəsində vəfat etdiyini açıqlayıb.

Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi iyulun sonlarında COVİD-19-a yoluxduğu aşkarlanan U. Barnoyevin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. Sonradan Baş Nazirin müavininin Daşkənddə, daha sonra isə Almaniyada klinikalardan birində müalicə aldığı məlum olmuşdu.


Oxunma sayı: 11760

Oxşar yazılar