İraqda İŞİD rəhbərlərindən biri yaxalandı

  • 14:54 - 20 Sentyabr

İraqın təhlükəsizlik orqanlarının əməkdaşları ölkədə planlaşdırılan terror aktlarının qarşısını alıblar və paytaxt Bağdadda İŞİD terror qruplaşmasının rəhbərlərindən birini yaxalayıblar.

“Report” xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı İraqın təhlükəsizlik orqanlarının mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, Milli Təhlükəsizlik İdarəsinin Bağdad bölməsinin əməkdaşları pusqu təşkil edərək, İŞİD-in İraq üzrə başçılarından birini saxlayıblar. O, ölkədə terror aktları hazırlayırmış.


Oxunma sayı: 4665

Oxşar yazılar