Azərbaycanın axtarışa verdiyi qadın Türkiyədə saxlanıldı

  • 15:35 - 19 Sentyabr

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti ilə beynəlxalq axtarışa verilən Rüstəmova Zülfiyyə Məhəddin qızı Türkiyədə saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.

Z.Rüstəmova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.(report)


Oxunma sayı: 8075

Oxşar yazılar